Qızı vermədilər deyə evi atəşə tutdular


Türkiyənin  Elazığ şəhərində xarici vətəndaşlığı olan  bir şəxs yoldaşları ilə birlikdə silahlanaraq istədiyi qızı verməyən ailənin evinə gələrək atəş açıb, hadisə ilə əlaqəsi olmayan 2 nəfər yaralanıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə, Akkuş küçəsində baş verib. İddiaya görə, xarici vətəndaşlığı olan bir adam, xarici yoldaşları ilə istədiyi qız A. U. və ailəsinin olduğu Elazığdakı evin önünə gəlib.

Silahlılar yoldaşlarıyla birlikdə pnevmatik tüfənglərlə evi atəşə tutublar. Bu sırada qızın ailəsi də tüfənglə cavab verib. Hadisə ilə əlaqəsi olmayan 2 nəfər yaralanıb. Məhəllə sakinlərinin xəbərindən sonra hadisə yerinə sağlamlıq və polis qrupu gəlib. Yaralanan 2 nəfər təcili yardımla xəstəxanaya çatdırılıb. Bölgəyə göndərilən çoxlu sayda polis qrupu həm hadisə yerini, həm də ətrafda araşdırıb.

Avtomobillə qaçan şübhəlilərin tutulması üçün polis əməliyyata başlayıb. Əsl şübhəli ilə birlikdə hadisəyə qarışan 10-dan çox adam nəzarətə alınıb.

Turan