Azərbaycanda bu qədər qadın dəhşətli xəstəlikdən öldü

2019-cu ildə qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəməsi diaqnozu ilə ilk dəfə qeydə alınan xəstələrin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, uşaqlıq boynunun bədxassəli yenitörəməsi xəstəliyi üzrə 465 nəfər, uşaqlıq cisminin bədxassəli yenitörəməsi üzrə 357 nəfər, yumurtalığın bədxassəli yenitörəməsi üzrə 337 nəfər qeydə alınıb.
Məlumata əsasən, uşaqlıq boynu xərçəngi olan xəstələrin 4-ü 18-29 yaş arasında, 15-i 30-34 yaş aralığında, 28-i 35-39 yaş, 270-i 40-59 yaş, 148-i 60 və yuxarı yaşda olan şəxslərdir. Uşaqlıq cisminin xərçəngi olan xəstələrdən 4-ü 18-29 yaş qrupuna, 2-si 30-34 yaş, 3-ü 35-39 yaş, 169-u 40-59 yaş, 179-u 60 və yuxarı yaşda olanlardır. Yumurtalığın xərçəngi xəstəliyi olanlardan 2-si 0-17 yaş arası, 7-si 18-29 yaş, 11-i 30-34 yaş, 14-ü 35-39 yaş, 187-si 40-59 yaş, 116-sı 60 və yuxarı yaşlılardır.
Qeyd olunub ki, ötən il qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəməsi xəstəliyindən 543 nəfər ölüb.