Fəhlə bədbəxt hadisə nəticəsində öldü

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Yaşma bağları" yaşayış massivində qeydə alınıb. Belə ki, ərazidə aparılan tikinti zamanı betonqarışdıran maşının şlanqı yerindən çıxaraq həmin tikintidə çalışan 1967-cı il təvəllüdlü Bəylərov İlqar Məhəmməd oğlunun başına dəyib. Ağır xəsarətlər alan 53 yaşlı kişi hadisə yerində ölüb.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.