17 yaşlı qızın zorla qaçırılması ilə bağlı DİN-dən CAVAB

Daxili İşlər Nazirliyi Bərdədə 17 yaşlı qızın zorla qaçırılması barədə sosial şəbəkədə yayılan məlumatlarla bağlı açıqlama verib.
DİN mətbuat xidmətinin Bərdə regional qrupundan "Sherg.az"a verilən məlumata görə, bu faktla bağlı, bu il mart ayının 29-da qızın atası E. H. Bərdə rayon Polis Şöbəsinə gələrək qızının qaçırılması barədə ərizə ilə müraciət edib. Müraciətlə bağlı Bərdə rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb.

Araşdırmalar zamanı şikayətçinin qızı ailəsinin onu sevmədiyi birinə ərə verəcəyini əsas gətirərək öz arzusu ilə Nurlan adlı şəxslə birlikdə evlənmək məqsədi ilə getdiyini bildirib.


Xatırladaq ki, sosial şəbəkədə yayılan məlumatlarda universitetə hazırlaşan 17 yaşlı qızın 2 dəfə evlənib-boşanan kişi tərəfindən zorla qaçırıldığı qeyd olunub. Həmçinin bildirilir ki, ailəsi qızı geri qaytara bilmədiyi üçün dəfələrlə bir sıra orqanlara və polisə müraciət edib.