İzmirdə zəlzələdə ölənlərin sayı 6-ya, yaralıların sayı 257-yə çatdı - YENİLƏNİB


Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralıların sayı 257-yə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

**

19:09

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı 202-ə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

18.37

İzmirdə baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 152 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, 12 binada axtarış-xilasetmə işləri həyata keçirilir.

İzmir valisi 30-a yaxın binada dağıntının qeydə alındığını qeyd edib.

***

17:55

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) İzmirdəki zəlzələ ilə bağlı məlumat yayıb.

Lent.az məlumat verir ki, bildirilib ki. hadisə nəticəsində 4 nəfər ölüb, 120 yaralı var.

***

16:27

Türkiyənin İzmir şəhərində 6.6 bal gücündə zəlzələ olub.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla 14:51-də qeydə alınıb. Hadisə nəticəsində bəzi binalar tamamilə dağılıb. Hazırda xilasetmə işlərinə başlanılıb.

Qeyd edək ki, dağıntı və itkilər haqqında hələlik məlumat yoxdur.