ŞOK! Hamilə olduğunu bilməyən qadın təyyarədə doğdu - Fotolar

ABŞ-ın “Salt Lake City” ərazisindən təyyarəyə minən Lavinia Mounga həyatı boyunca unudulmaz bir uçuş təcrübəsi yaşayıb. İngiltərəinin "Mirror" qəzetindəki xəbərə görə, qadın hamilə olduğunu bilmədən təyyarədə doğub.
“Sherg.az” “Hurriyet.com”a istinadən xəbər verir ki, xoşbəxtlikdən təyyarədəki sərnişinlərdən biri tibb bacısı olduğu üçün doğuş uğurlu keçib.
Körpənin 26-27 həftəlik olduğu açıqlanıb. Ana və Raymond adı verilən körpə təyyarədən enən kimi xəstəxanaya aparılıb və vəziyyətlərinin yaxşı olduğu deyilir. Körpənin atası Feysbuk hesabında oğlunun gəlişindən təəccübləndiyini yazaraq onu “möcüzə” adlandırıb.