61 yaşlı kişi intihar etdi

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Muğan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1960-ci il təvəllüdlü Əmənov Nurəddin Həsən oğlu özünü yaşadığı evdə asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.