Helikopter qəzaya uğradı: Ölən və xəsarət alanlar var

Rusiyada helikopter qəzası baş verib.

“Report”un TASS-a istinadən məlumatına görə, hadisə Arxangelsk əyalətində qeydə alınıb.

Rusiya Federasiyasının İstintaq Komitəsinin nəqliyyat üzrə Şimal-Qərb İstintaq İdarəsinin məlumatına görə, əyalətin Vaskovo hava limanından səmaya qalxan “Robinson” tipli helikopter Mudyuq adasında yerə düşüb. Qəza nəticəsində 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, daha 1 nəfər itkin düşüb.