"Ramo"nun aktyoru avtomobil qəzası keçirdi - FOTO

Sonuncu dəfə "Ramo" serialında rol alan aktyor İlkər Aksum avtomobil qəzası keçirib.
Sherg.az Axşam.az-a istinadən  xəbər verir ki, aktyor maşını ilə digər nəqliyyat vasitəsini vurduqdan sonra ağaca çırpılaraq fırlanıb.

İ.Aksum ətrafdakı insanları köməyi ilə avtomobildən çıxarılıb.

Xəstəxanaya aparılan aktyor müayinə olunduqdan sonra evə buraxılıb.