Bir qrup Ermənistan vətəndaşı gizli şəkildə Dmanisiyə keçib - Saxlanılanlar var

Sərhədi qanusuz keçən ermənilər, Qarabağda ölməkdənsə Gürcüstanda həbsdə qalmağın daha yaxşı olduğunu deyiblər

Bir qrup Ermənistan vətəndaşları sərhədi qeyri-qanuni şəkildə pozaraq Gürcüstanın Dmanisi rayonunun Yırğançay, Boğazkəsən və Orzuman kəndlərinə daxil olublar.
Sherg.az xəbər verir ki, bu barədə yerli 24News.ge xəbər portalına Yırğançay kənd sakinləri məlumat verib.

Məlumata əsasən, ilk öncə onlardan bir nəfəri Gürcüstanın sərhəd polisi tərəfindən saxlanılsa da digərləri qaçmağa nail olublar. Yerli sakinlərin sözlərinə görə, qrup üzvləri kənd ərazisində gizləndiklərindən daha sonra digərləri də ələ keçib.

Yırğançay kəndinin sakinlərinin sözlərinə görə, sərhədi qanusuz keçən ermənilər, Qarabağda ölməkdənsə Gürcüstanda həbsdə qalmağın daha yaxşı olduğunu deyiblər.