Kürdəmirdə 15 yaşlı qız intihar etdi

Kürdəmirdə intihar hadisəsi baş verib.

Sherg.az "Report"a istinadən bildirir ki, hadisə Çöhranlı kəndində qeydə alınıb.

Kənd sakini, 2006-cı il təvəllüdlü Mərdanova Yavər Ülfət qızı özünü yaşadığı evin həyətindəki damında asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.