Ermənistanda bir aylıq uşaq koronavirusdan ölüb

Ermənistanda koronavirusa yoluxmuş bir aylıq uşaq ölüb.

APA-nın xəbərinə görə, İrəvan Dövlət Tibb Universitetindən bildirilib ki, uşaq universitetin “Muratsan” xəstəxanasının reanimasiya şöbəsinə oktyabrın 19-da daxil olub.

Koronavirus infeksiyasına yoluxmuş uşaq oktyabrın 26-da süni tənəffüs aparatına qoşulub.

Müdaxilələrə baxmayaraq, uşağı xilas etmək mümkün olmayıb.