Bakıda pişiklər işgəncə verilərək öldürülür - VİDEO

Bakıda pişiklər işgəncə verilərək öldürülür. 
Bu barədə Oxu.Az-a Binəqədi rayon sakinləri məlumat verib. 
Bildirilib ki, rayonun Mikayıl Ələsgərov küçəsində hər gün ölü pişiklər tapılır:
“Biz hər gün ərazidən iki-üç pişik meyiti tapırıq. Onları işgəncə verərək öldürürlər. Pişiklər pəncələri bağlı şəkildə tapılır”.
Onlar qeyd edib ki, polisə müraciət edilsə də, hələ tədbir görülməyib.