Balakəndə avtomobillər toqquşub, xəsarət alanlar var

Balakən rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun rayonun Qazbinə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 3 nəfər müxtəlif xəsarətlər alıb. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.