Lənkəranda 47 yaşlı kişi özünü asıb

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Digah kəndində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Rufullayev Vüqar Rufulla oğlunun meyiti evlərinin zirzəmisində aşkar olunub.

Meyid müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.