Gürcüstan müxalifəti Tbilisidə etiraz aksiyası keçirəcək

Gürcüstan müxalifəti bu gün Tbilisidə saat 19:00-da parlament binasının qarşısında mitinq keçirəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya brifinqdə məlumat verib.

O, müxalifət tərəfdarlarını aksiyaya çağırıb: "Ötəngünkü seçkilər tam olaraq saxtalaşdırılıb. Dünən mübarizə bitməyib, əksinə başlayıb. Özünə hörmət edən istənilən Gürcüstan vətəndaşı dünən baş verənlərlə barışmağa hazırlaşmır".