Türk seriallarının məşhur aktrisası xərçəngdən vəfat edib

Əsasən seriallarda oynadığı rollarla tanınan türkiyəli aktrisası Semra Dinçer bu gün vəfat edib.
Qeyd olunur ki, 56 yaşlı aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi.
S.Dinçer 25 iyul 1965-ci ildə Türkiyənin paytaxtı Ankarada anadan olub.
Semra Dinçer 42 film və serialda rol alıb.
Mənbə: “Haberler”