Moskva Dövlət Universitetinin aspirantının və gənc qızın mənzildə meyitləri aşkarlanıb


Moskvanın “Bolşoy Akademiçeskoy” küçəsində yerləşən binanın mənzilində 1998-ci il təvəllüdlü Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin aspirantı və 2001-ci il təvəllüdlü qız meyiti tapılıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, onların intihar etdiyi ehtimal edilir.

Hüquq-mühafizə orqanlarındakı mənbədən bildirilib ki, bir gün əvvəl aspirantın atası polisə müraciət edib. O, oğlundan yaşamaq istəməmsi ilə bağlı mesaj aldığını deyib.

Aspirantın Kazan, qızın isə Omsk sakini olduğu bildirilir.

Müstəntiqlər yoxla zamanı mənzildə şprislər, həmçinin, tərkibində naməlum maddə olan bağlamalar aşkar edib.