Daşkəsəndə yük maşını dərəyə aşıb, sürücü hadisə yerində ölüb


Daşkəsəndə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun dağlıq ərazisində qeydə alınıb.

"MAN" markalı yük avtomobili hərəkətdə olan zaman idarəetməni itirib, nəticədə yük maşını yoldan çıxaraq dərəyə aşıb.