Türkiyədə ikimərtəbəli bina çöküb, 14 nəfər xəsarət alıb - YENİLƏNİB


Türkiyənin Malatya vilayətində ikimərtəbəli bina çöküb.

Trend-in məlumatına görə, binanın uçması nəticəsində 14 nəfər xəsarət alıb.

Malatya əyalətinin valisi Aydın Baruş dağıntılar altında 10-15 nəfərin qaldığını bildirib.

Məlumata əsasən, hadisə Yeşilyurt rayonunda baş verib. Baş verən çökmənin səbəbi məlum deyil.

xxx

19:31

Türkiyənin Malatya vilayətində ikimərtəbəli bina çöküb.

Trend-in məlumatına görə, hadisə Yeşilyurt rayonunda baş verib. Bina çökməsi nəticəsində 11 nəfər xəsarət alıb. Onlar dağıntılar altından çıxarılıb.

Malatya əyalətinin valisi Aydın Baruş dağıntılar altında 20 nəfərin qaldığını bildirib.