Bakıda qəzada ölən şəxsin yaxınları axtarılır - YENİLƏNİB + FOTO

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti araşdırılır.
Daxili İşlər Nazirliyindən bildirilir ki, onu tanıyanlar polisə məlumat vermələri xahiş olunur
Bak-Mərdəkan şossesinin Binə qəsəbəsi ərazisindən keçən hissəsində VAZ-2115 markalı şəxsiyyəti istintaqa məlum olan avtomobilin sürücüsü yolu keçən 45-50 yaşlarında kişini vurub.
Hadisə zamanı piyada dünyasını dəyişib. Aparılan araşdırmalar zamanı piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. 
Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinə və 3-cü Polis Bölməsinə (012) 590-72-03, (012) 456-03-02, (055) 359-21-35 və (050) 717-07-67 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


10:11

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın məlumatına görə, qəza aeroport şosesində baş verib.

Nəticədə, VAZ-2115 markalı avtomobil piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Sürücünün və piyadanın kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.