ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var


ABŞ-ın Biver-aylend adasında (Miçiqan ştatı) yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə "Petoskey News-Review" qəzeri xəbər verib.

Məlumata əsasən, təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

Bildirilir ki, həlak olanlardan biri pilot, biri makler və özləri üçün adada torpaq ərazisi baxan cütlük olub.