Sabirabadda özünü yandıran şəxs xəstəxanada ölüb

Sabirabadda özünü yandıran şəxs xəstəxanada ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, noyabrın 13-də Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1973-cü il təvəllüdlü Eldarov Elsər Eldar oğlu üzərinə benzin tökərək özünü yandırıb. 5 saylı Bakı şəhər Kliniki Xəstəxanasına yerləşdirilən 48 yaşlı kənd sakini həkimlərin səyinə baxmayaraq aldığı ağır yanıq xəsarətlərindən orada keçinib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.