Son dəqiqə... Zəlzələ dağları yıxdı, şok görüntülər yayılır!

İranın cənubunu sarsıdan zəlzələlərin mərkəzi liman şəhəri olan Bender Abbasa təxminən 60 kilometr məsafədədir. Basra Körfəzinin qarşısındakı Birləşmiş Ərəb Əmrlikləri və Oman da silkələnib. 
İranda zəlzələ anını göstərən görüntülər isə şok yaratdı, dağların yıxıldığı anlar tükürpədicidir.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, İranın cənubunda dəqiqələr içində 6 və 6.3 bal gücündə zəlzələlər baş verib. Yerli saatla 15.37-də baş verən ilk zəlzələnin mərkəzi liman şəhəri Bender Abbasa 59 kilometr uzaqlıqdadır.

Hürmüzgan əyalətində bir dəqiqə sonra 6.3 bal gücündə baş verən ikinci zəlzələni İran rəsmi televiziyası yayınladı. Sarsıntılar ölkənin cənubunda geniş bir sahədə hiss edilib.

İctimai mediada paylaşılan görüntülərdə, zəlzələ anında yolun üstündəki hər şeyin yelləndiyi və dağların yıxıldığı diqqət çəkir. 

Turan