Cəlilabadda 14 yaşlı qız intihar edib

Cəlilabadda intihar hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad şəhərinin S.Vurğun küçəsində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Şəlalə Aqşin qızı Əmirova yaşadığı evdə özünü asaraq canına qəsd edib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Hadisənin səbəbi hələlik məlum deyil.