Bakıda qadın paltar yuyarkən dəm qazından zəhərlənib ölüb


Bakıda 37 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, H.Aslanov qəsəbəsində qeyd edilib.

Belə ki, Rusiya vətəndaşı, 1984-cü il təvəllüdlü Timoşevskaya Vera Valeryevna yaşadığı evdə hamam otağında paltar yuyarkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.