Neftçala sakini intihar edib 

Neftçala rayonunda intihar hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonunun Həsənabad qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 26 yaşlı Paşayev Sərxan Akif oğlu özünü asaraq intihar edib.
Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.