Azərbaycanda mülki şəxs minaya düşdü


Goranboy rayon sakini minaya düşüb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlunun örüş sahəsində heyvan otaran zaman minaya düşdüyü barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

“Hazırda Goranboy Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar”, - Mətbuat Xidmətindən bildirilib.