Azərbaycanın vəzifəli şəxsi Türkiyədə vəfat edib

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Yuxarı Şirvan Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərov vəfat edib.

Bu barədə “Report”a qurumdan məlumat verilib.

O, 62 yaşında Türkiyədə, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Mərhum bu gün Yevlax rayonunun Aran qəsəbəsində dəfn ediləcək.

Allah rəhmət etsin!