Qaxda 64 yaşlı kişi intihar edib


Noyabrın 22-si axşam saatlarında Qax rayonunun Lələli kəndində intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, kənd sakini 1957-ci il təvəllüdlü Zal Aslan oğlu Həmzəyevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin arxa hissəsindəki bağda ağacdan asılı vəziyyətdə aşkar edilib.

Z.Həmzəyevin intihar etdiyi məlum olub.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.