Göygöldə qadın itkin düşüb  - FOTO

Göygöl rayonu Zurnabad kənd sakini Gülnarə Hüseynova noyabr ayının 18-də Göygöl rayonunda yaşayan qohumunun evindən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Shergşaz-a  verilən məlumata görə, həmin şəxsin əlamətləri belədir: boyu 158 sm, saçları uzun və sarı rəngdədir, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur, ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. Evdən çıxarkən onun əynində qara rəngli ətək, xaki rəngli qış gödəkcə, qara dikdaban ayaqqabı və açıq mavi rəngli əl çantası olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 202-39-59 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.