Gədəbəydə yük maşını dincəlmək üçün təkərin altına uzanan kişinin üstündən keçərək öldürüb

Gədəbəydə yük maşını 51 yaşlı kişinin üstündən keçib.

APA xəbər verir ki, hadisə Gərgər kəndində otlaq sahədə baş verib.

1973-cü il təvəllüdlü Musayev Elman Əli oğlu biçənək sahəsindəki ot preslərini yük avtomobilinə yükləyərkən istirahət etmək üçün həmin avtomobilin arxa təkərlərinin yanında yerə uzanıb. Bu zaman sürücü avtomobili arxaya doğru hərəkət etdirərkən E.Musayevin üzərindən keçməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən Gədəbəy rayon Mərkəzi Xəstəxanasında ölüb.

Fakt araşdırılır.