Gəncədə qəza nəticəsində ölənlərin adı bəlli olub, 16 yaşlı sürücü və 13 yaşlı piyada ölüb - YENİLƏNİB -2

Gəncədə qəza nəticəsində ölənlərin və xəsarət alanların adı bəlli olub.

APA-nın yerli bürosunun verdiyi məlumata sürücü 11-ci sinif şagirdi, 16 Əlizadə Numan Namiq oğludur.

Ölən piyada İbrahimova Nazlı Elşad qızının isə 13 yaşı olub.

Xəsarət alanlar aşağıdakılardı:

2004-cü il təvəllüdlü Əliyev Elcan Elşən oğlu

2004-cü il təvəllüdlü Bayramov İlkin

2003-cü il təvəllüdlü Kazımov Cavid Rauf oğlu

***

Saat 14:39

Gəncədə baş verən ağır qəzanın təfərrüatları bəlli olub.

APA-nın yerli bürosunun məlumatına görə, belə ki, sürücü avtomobili ilə yol kənarında azyaşlını vurduqdan sonra idarə etməni itirib. Maşını ağaca çırpıb.

Qəza nəticəsində piyada uşaq və sürücü həyatını itirib.

Baş verən hadisə ilə bağlı fotoları təqdim edirik:

***

Saat 14:25

Gəncədə ölümlə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını ağaca çırpılıb. Qəza zamanı 2 nəfər ölüb və daha 3 nəfər xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.