Türkiyə vətəndaşları Goranboyda dəm qazından zəhərlənərək ölüblər

Bu gün Goranboy rayonunda 3 nəfərin dəm qazından zəhərlənməsi halı baş verib.

Sherg.az Report-a istinadla xəbər verir ki, hadisə Qarasüleymanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, Türkiyə vətəndaşları - 1967-ci il təvəllüdlü Cavid Özoğul və 1971-ci il təvəllüdlü Mustafa Zəngin dəm qazından zəhərlənərək ölüblər. Onların rayona qonaq gəldiyi bildirilir.
Hadisə zamanı həmçinin 1981-ci il təvəllüdlü Nüsrət Yolçuyev də dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.