Beşinci mərtəbədən yıxılan şəxs sağ qaldı

Bakının Xətai rayonunda bir nəfər beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanından düşərək birinci mərtəbəsindəki mənzilin artırmasının damında köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisənin baş verdiyi ünvana cəlb olunub.
Xilasedicilər yaralı vəziyyətdə olan vətəndaşı müvafiq qaydada damdan düşürüb, hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil veriblər.