Şəkidə avtomobil divara çırpılıb, xəsarət alanlar var

Şəki rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qumux kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 55-CC-104 dövlət qeydiyyat nişanlı "Peugeot" markalı avtomobil yoldan çıxaraq divara çırpılıb. Nəticədə sürücü və avtomobildə olan bir nəfər sərnişin müxtəlif xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiliblər.

Fakt araşdırılır.