Bakıda özünü dənizə atan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Sherg.az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.