Putinin qızı olduğu iddia edilən Luiza yox çıxıb

Rusiya prezidenti Vladimir Putinin 2000-ci illərin əvvəllərində birlikdə yaşadığı Svetlana Krivonoqixdən qızı olduğu deyilən 17 yaşlı Luiza Krivonoqixin yoxa çıxdığı iddi olunub. Məlumata görə, S.Krivonoqixin son paylaşımları Putini qəzəbləndirib. 

"Sherg.az" Britaniyanın "The Sun" qəzetinə istinadən bildirir ki, Pandora sənədlərinə əsasən 18 yaşlı Luizanın  keçmişdə xadimə işləyən, indisə, milyonçu olan anası Svetlana 4 milyon dollarlıq Monte Karlodakı  mənzilini paylaşdıqdan sonra yoxa çıxıb. Lakin iddialarla bağlı nə Putin, nə də Krivonoqix açıqlama verib.

Qeyd edək ki, mətbuatın yazdığına görə, Putinlə Krivonoqix arasında münasibətlər 1990-cı illərin sonlarında başlayıb və onun olimpiyaçı Alina Kabayeva ilə münasibəti başlayanda bitib.
  Təxminən eyni vaxtda Luiza anadan olub və tezliklə Svetlana Krivonoqikh Monte Karloda lüks bir mənzilə köçüb.

Cəmilə ƏZİM