Vətəndaşlarda qanunsuz saxladıqları silahlar aşkarlanıb

Ötən gün Azərbaycanda vətəndaşlarda qanunsuz saxladıqları 10 ədəd ov tüfəngi və 1 ədəd “AK-74” markalı avtomat silahı aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 23-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi və 1 ədəd “AK-74” markalı avtomat silahı aşkar edilərək götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.