Azərbaycanda müəllim intihar edib

İsmayıllı rayonunda müəllim intihar edib. 
Oxu.Az-ın məlumatına görə, rayonun Mican kənd sakini, 1972-ci il təvəllüdlü Nəzakət Müzəffərli yaşadığı evdə özünü asaraq intihar edib. 
O, coğrafiya müəllimi olub. Son vaxtlarda psixoloji sarsıntı keçirdiyi deyilir.

İntiharın dəqiq səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.