Gəncədə 78 yaşlı qadın dəm qazından boğularaq ölüb

Gəncədə qadın dəm qazından boğulub.
APA-nın xəbərinə görə, hadisə Gəncə şəhəri, Bakı küçəsi, ev 32 ünvanında qeydə alınıb.
Şəhər sakini, 1943-cü il təvəllüdlü Rahilə Səidova hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.