Əsəb xəstəsi qadın özünü asdı

Qax rayonunda intihar hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə İmam Mustafayev küçəsi, ev 102 ünvanında qeydə alınıb.
Belə ki, həmin evdə yaşayan 1967-ci il təvəllüdlü Nigar Hacıbaba qızı Əlicanova özünü yaşadığı evdə asaraq intihar edib. Məlumata görə, N.Əlicanova son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.