Bakıda 60 yaşlı kişini avtomobil vurub

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Metronun "Koroğlu" stansiyasının yaxınlığında piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçən 1961-ci il təvəllüdlü Salayev Sərxan Taleh oğlunu minik avtomobili vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, təpə-ənsə nahiyəsinin sıyrılmış əzikləri və sol sirkə kasasının yerdəyişən qəlpəli sınıqları diaqnozları qoyulub.

Yaralı ağır vəziyyətdə olduğundan, o reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.