Goranboyda yol qəzası olub, xəsarət alan var

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumata görə hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" və "Hyundai" markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.