Qazaxda 62 yaşlı qadın dəm qazından zəhərlənib

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatıma görə, hadisə rayonun Aslanbəyli kəndində baş verib.

1960-cı il təvəllüdlü K.Rəsulova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadının vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə qadın yaşadığı evdə dəm qazından zəhərlənib.