Yevlaxda avtomobillər toqquşub, xəsarət alanlar var 

Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə Yevlax şəhərində qeydə alınıb. Çörək daşıyan avtomobillə minik avtomobilinin toqquşması nəticəsində sürücülər - 1979-cu il təvəllüdlü M.Kərimov və 1987-ci il təvəllüdlü N.Quliyev müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.