Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 1-də saat 19 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Nəcəfquliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəfər Cəfərovu vurub. Xəstəxanaya yerləşdirilən piyada yanvarın 2-də ölüb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.