Kürdəmirdə gənc qadın dəm qazından zəhərlənib

Kürdəmir sakini dəm qazından zəhərlənib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun 69-cu məhəllə adlanan ərazisində baş verib. Belə ki, 29 yaşlı Qədirova Şəfa Arif qızı hamamda dəm qazından zəhərlənib.

O, yaxınları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.