Ələtdə gənc dəm qazından zəhərləndi

Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Rayonun Ələt qəsəbəsində yaşayan 1995-ci il təvəllüdlü Bayramov Rövşən Namid oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.
Xəstəxanaya çatdırılan gənc həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.