Üç azyaşlı uşağı olan ana intihar etdi

Göyçay rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Mərmədil kəndindəki fermada baş verib. 
1993-cü il təvəllüdlü Münəvvər Məmmədova fermada özünü asıb.
Onun intiharının səbəbi hələlik bilinmir. 
Qadının üç azyaşlı uşağı var.